Bank Of Baku

Baş nazir Artur Rasi-zadə İraqın gənclər və idman naziri Casim Məhəmməd Cəfəri qəbul edib

Baş nazir Artur Rasi-zadə İraqın gənclər və idman naziri Casim Məhəmməd Cəfəri qəbul edib
# 26 sentyabr 2008 16:13 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Azərbaycanın baş naziri Artur Rasi-zadə İraqın gənclər və idman naziri Casim Məhəmməd Cəfəri qəbul edib. Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Casim Məhəmməd Cəfər İraqın infrastrukturun bərpasında, habelə neft-qaz sənayesinin, humanitar sferaların, elm, təhsil, mədəniyyət qurumlarının dirçəldilməsində Azərbaycanın köməyinə böyük ehtiyacı olduğunu bildirib.

Baş naziri Artur Razi-zadə Azərbaycanın İraqla əlaqələri genişləndirməyə, onun dirçəlişi üçün hərtərəfli köməklik göstərməyə, xüsusilə neft-qaz sahələrində təcrübə mübadiləsinin aparılmasına, müxtəlif istehsal sahələrinə investisiya qoyuluşuna, habelə mədəni-humanitar sahədə əməkdaşlığa hazır olduğunu deyib.

Bu gün baş nazir Artur-Rəsizadə, həmçinin İnşaat fəaliyyəti sahəsində əməkdaşlıq üzrə MDB dövlətləri Hökumətlərarası Şurasının Bakıda keçirilən XXVI iclasında iştirak edən nümayəndə heyətlərinin rəhbərlərini də qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR