Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub

Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub
# 27 sentyabr 2008 08:01 (UTC +04:00)
Bakı-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 26-da saat 23.00-dan 23.15-dək, 23.45-dən 23.50-dək və sentyabrın 27-də saat 05.15-dən 05.30-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Çinarlı kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxa Nəbi kəndi ərazisində yerləşən mövqelərini, saat 12.00-dan 12.25-dək Tərtər rayonunun Göyarx və Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 15.15-dən 15.45-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Veysəlli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 18.40-dan 18.50-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR