Bank Of Baku

Nardaranlılar prezidentliyə namizədləri keçirəcəkləri etiraz aksiyasına dəvət ediblər

Nardaranlılar prezidentliyə namizədləri keçirəcəkləri etiraz aksiyasına dəvət ediblər
# 07 oktyabr 2008 13:10 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Nardaran qəsəbəsinin bir qrup sakini kəndin “Səfixanı” adlanan torpaq sahəsində etiraz aksiyası keçirəcək. Narazı nardaranlıların səlahiyyətli nümayəndəsi Rasim Ağayev APA-ya bildirib ki, sakinlər “Səfixanı” adlanan 30 hektar torpaq sahəsinin məhkəmə qərarı ilə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, hazırda Bakıda yaşayan Stenli Eskuderoya verilməsinə etiraz edirlər. Bu məqsədlə oktyabrın 7-də həmin ərazidə prezidentliyə namizədlərlə görüş keçiriləcək. R. Ağayev görüşlə bağlı prezidentliyə namizədlərə müraciət etdiklərini deyib: “Görüşdə həm namizədlərin platforması ilə tanış olacağıq, həm də Stenli Eskuderonun ailəsinin uzun illərdən bəri əkib-becərdiyimiz 30 hektar torpaq sahəsini ələ keçirməsinə etiraz edəcəyik və bu ədalətsizliyin aradan qaldırılması üçün namizədlərdən dəstək istəyəcəyik”.

Böyük Quruluş Partiyasının sədri, prezidentliyə namizəd Fazil Qəzənfəroğlu görüşdə iştirak edəcəyini söyləyib: “Nardaranlılar da Azərbaycan vətəndaşlarıdır və onların problemləri ilə maraqlanmaq lazımdır. Amma hər hansı aksiyada iştirak etməyəcəyik”. Liberal Demokrat Partiyasının sədri, prezidentliyə namizəd Fuad Əliyevin vəkili Tərlan Həsənov və digər namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadə də nardaranlılarla görüşdə iştirak edəcəklərini açıqlayıblar. BAXCP sədri, prezidentliyə namizəd Qüdrət Həsənquliyevin vəkili Elçin Mirzəbəyli isə bu barədə onlara müraciət daxil olmadığını deyib. Müasir Müsavat Partiyasından prezidentliyə namizəd Hafiz Hacıyev və bitərəf namizəd Qulamhüseyn Əlibəyli də Nardarana dəvət olunmadıqlarını vurğulayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR