Bank Of Baku

Müxalifətin Əməkdaşlıq Mərkəzi prezident seçkilərinə qədər kütləvi aksiya keçirməyəcək

Müxalifətin Əməkdaşlıq Mərkəzi prezident seçkilərinə qədər kütləvi aksiya keçirməyəcək
# 07 oktyabr 2008 13:38 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Müxalifətin Əməkdaşlıq Mərkəzində (MƏM) təmsil olunan partiyalar prezident seçkilərinə kimi kütləvi aksiya keçirməyəcək. Bu barədə APA-ya Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib. Kütləvi aksiya üçün bundan əvvəl əməkdaşlıq mərkəzinin 9 meydan təklif etdiyini xatırladan A. Hacılı bunların heç birinə razılıq verilmədiyini qeyd edib: “Hakimiyyətin müəyyənləşdirdiyi yerdə də aksiyaların keçirilməsi məqsədəuyğun sayılmadı. Ona görə də seçkilərə kimi hər hansı mitinqin keçirilməsi gözlənilmir”.

A. Hacılı MƏM-in forum keçirməsi üçün hakimiyyət tərəfindən yer ayrılmadığını da xatırladıb. Onun sözlərinə görə, seçkilərlə bağlı olan bu forumun şənbə günü Müsavat Partiyasının qərargahında keçirilməsi qərara alınıb. A. Hacılı MƏM-in sentyabrın 28-nə təyin etdiyi mitinqə icazə vermədiyi üçün Bakı şəhər İcra Hakimiyyəti ilə bağlı məhkəməyə müraciətin hazırlandığını da qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR