Bank Of Baku

Azərbaycan prezidenti Lənkəran Hava Limanının açılışında iştirak edib

Azərbaycan prezidenti Lənkəran Hava Limanının açılışında iştirak edib
# 08 oktyabr 2008 10:17 (UTC +04:00)
APA-nın cənub bürosunun xəbərinə görə, dövlət başçısı bu gün Lənkəran rayonunda olub. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva rayonun Səpnəkəran kəndində Heydər Əliyev Fondunun xətti ilə inşa edilmiş 320 şagird yerlik orta məktəbin açılışında iştirak edib.

Daha sonra Lənkəran Hava Limanının açılışına qatılan dövlət başçısı burada rayon ictimaiyyəti qarşısında çıxış edib. Bunun ardınca prezident və xanımı Lənkəranın mərkəzindəki Heydər Əliyev Parkında Heydər Əliyevin abidəsini ziyarət edib. Parkda yerləşən Heydər Əliyev Muzeyinin də açılışı olub. Dövlət başçısı Lənkəran şəhərində Uşaq Sağlamlıq Mərkəzinin, “Cənub” TV-nin binasının, “Qafqaz” Turist İstirahət Mərkəzinin açılışlarına da qatılıb.

Prezident İ. Əliyev bu ilin fevralında fəaliyyətə başlayan, “Palmali” Şirkətlər Qrupu tərəfindən inşa edilmiş Süd Zavodunda istehsal prosesi ilə də tanış olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR