Bank Of Baku

Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb

Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
# 08 oktyabr 2008 11:53 (UTC +04:00)
Bakı-APA. Bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun Azərbaycan Respublikasının Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki və Vladimir Çountulov keçirib. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus, Antal Herdiç və İrci Aberle izləyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR