Bank Of Baku

Müsavatçılar İlham Əliyevə səs verəcəklər

Müsavatçılar İlham Əliyevə səs verəcəklər
# 08 oktyabr 2008 12:40 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Müsavat Partiyasının Qazax rayon təşkilatının 43 üzvü birgə bəyanatla çıxış edərək partiyadan istefa verdiyini bəyan edib. Rayon təşkilatından APA-ya daxil olan bəyanatda Müsavat Partiyası rəhbərliyinin yarıtmaz siyasətinə etiraz bildirilir. Bəyanat müəllifləri partiyanın boykot qərarı ilə razılaşmadıqlarını və buna görə də Müsavatın sıralarını tək etdiklərini deyiblər. Onlar oktyabrın 15-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verəcəklərini və seçkilərdən sonra da onu dəstəkləyəcəklərini elan ediblər. Bəyanatı partiyanın yerli təşkilatının keçmiş sədri İsmayıl Miralayev, katibi Eynal Məmmədov, özək sədrləri Namiq Allahverdiyev, Qurban Novruzov da daxil olmaqla 43 nəfər imzalayıb.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə bildirib ki, bəyanatdan xəbərsizdir və müsavatçıların partiya sıralarını tərk etməsinə inanmır: “Bununla bərabər məsələni araşdıracağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR