Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub

Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub
# 09 oktyabr 2008 11:16 (UTC +04:00)
Bakı-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 8-də saat 20.25-dən 21.00-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Çinarlı kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxa Nəbi və Qoşa kəndləri ərazisində yerləşən mövqelərini, saat 11. 30-dan 11. 55-dək, 18. 10-dan 18. 30-dək, 22. 35-dən 23. 00-dək və oktyabrın 9-da saat 03.30-dan 04.10-dək fasilələrlə Tərtər rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 18.02-dən 18.10-dək Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, oktyabrın 9-da saat 00.20-dən 00.40-dək Ağdam rayonunun Yusifcanlı və Baş Qərvənd kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 01.50-dən 02.25-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 03.00-dan 03.30-dək və 06.40-dan 06.50-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 06.30-dan 06.50-dək Cəbrayıl rayonunun Mehdili və Cocuq Mərcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR