Bank Of Baku

Müxalifətin Əməkdaşlıq Mərkəzinə daxil olan partiyaların rəhbərlərinin növbəti toplantısı keçirilib

Müxalifətin Əməkdaşlıq Mərkəzinə daxil olan partiyaların rəhbərlərinin növbəti toplantısı keçirilib
# 09 oktyabr 2008 14:19 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bu gün Müxalifətin Əməkdaşlıq Mərkəzinə (MƏM) daxil olan partiyaların rəhbərlərinin növbəti toplantısı keçirilib. MƏM-ə daxil olan Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının APA-ya verdiyi məlumata görə, iclasda müxalifətin prezident seçkilərinə kimi ata biləcəyi birgə addımlar müzakirə edilib. Toplantıda oktyabrın 11-nə təyin edilmiş forumun gündəliyi, qəbul olunacaq qərarların layihələri razılaşdırılıb.

A. Hacılının sözlərinə görə, toplantıda prezident seçkilərinin səsverməsinin müşahidəçiliyinə də diqqət yetirilib. İclasda 150 seçki məntəqəsində 1000 müşahidəçi ilə müşahidə aparmaq qərara alınıb. A. Hacılının sözlərinə görə, mərkəzin bundan əvvəl təyin etdiyi kütləvi aksiyalara hakimiyyət tərəfindən razılıq verilmədiyi üçün bundan sonrakı mərhələdə hər hansı aksiya nəzərdə tutulmur: “Amma istənilən halda, biz sərbəst toplaşmaq azadlığının Azərbaycanda bərpa olunmasına çalışırıq və buna görə də mitinqlər keçirmək məsələsi daim gündəmdə saxlanılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR