Bank Of Baku

Elşən Manafov: “30-dan artıq ASDP fəalının mənimlə birgə partiyanı tərk etməsindən Araz Əlizadənin xəbəri yoxdur”

Elşən Manafov: “30-dan artıq ASDP fəalının mənimlə birgə partiyanı tərk etməsindən Araz Əlizadənin xəbəri yoxdur”
# 09 oktyabr 2008 14:39 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “ASDP-ni tərk edərək, Azərbaycan Demokratik Sol Partiyanın Təşəbbüs Qrupuna üzv olan şəxslərin sayı artıq 30-u keçib”. Bunu APA-ya açıqlamasında Azərbaycan Demokratik Sol Partiyanın (ADSP) Təşəbbüs Qrupun sədri Elşən Manafov deyib. E. Manafov bildirib ki, artıq həmin şəxslərin ASDP-dəki partiya vəsiqələri ona təqdim olunub: “Araz Əlizadə son müsahibələrinin birində deyib ki, Zərdüşt Əlizadə partiyanı tərk edəndə onunla birgə qurumu 47 nəfər tərk etmişdi, Elşən Manafovla isə 3 nəfər gedəcək. Yəqin ki, 30-dan artıq ASDP fəalının mənimlə birgə partiyanı tərk etməsindən onun xəbəri yoxdur”.

E. Manafov ADSP-nın formalaşdırılması istiqamətində görülən işlərə də toxunub: “Proqram sənədləri üzərində iş gedir. Bakının bəzi rayonlarında ilk təşkilatların formalaşması prosesi yekunlaşıb. Seçkidən sonra isə partiyanın təşkilatı işləri daha da genişlənəcək”.

E. Manafov yeni yaradılacaq partiyanın hakimiyyətdəki islahatçı qüvvələrlə əməkdaşlıqda maraqlı olduğunu söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR