Bank Of Baku

Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin prezidenti və baş nazirinə başsağlığı verib

Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin prezidenti və baş nazirinə başsağlığı verib
# 09 oktyabr 2008 15:52 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin prezidenti Abdullah Gülə və baş nazir Rəcəb Tayyip Ərdoğana başsağlığı məktubu göndərib. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Prezident başsağlığı məktubunda Türkiyədə baş verən son terror aktlarından olduqca kədərləndiyini bildirib: “Son günlər ölkənizdə baş vermiş terror aktları xəbəri bizi olduqca kədərləndirir. Törədilmiş belə amansız əməllərdən hiddətlənir, terrorizmin bütün təzahürlərini kəskin şəkildə pisləyirik. Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR