Bank Of Baku

Akif Şahbazov: “Rəsul Quliyev İlham Əliyevə dəstək qərarımızı nə birmənalı müdafiə elədi, nə də əleyhinə çıxdı”

Akif Şahbazov: “Rəsul Quliyev İlham Əliyevə dəstək qərarımızı nə birmənalı müdafiə elədi, nə də əleyhinə çıxdı”
# 10 oktyabr 2008 08:19 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Açıq Cəmiyyət Partiyasının Ali Məclisinin iclasından dərhal sonra partiya lideri Rəsul Quliyevlə telefon əlaqəsi yaratdım. Prezidentliyə namizəd İlham Əliyevin dəstəklənməsi ilə bağlı qərarı və iclasın gedişini onun diqqətinə çatdırdım. Rəsul Quliyev bildirdi ki, qəbul etdiyimiz qərar Azərbaycan xalqı üçün xeyirli olacaqsa, Azərbaycan dövlətinə xidmət mövqeyindədirsə, bu qərarın əleyhinə deyil”. Bunu APA-ya açıqlamasında Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Akif Şahbazov deyib.

Onun sözlərinə görə, partiyanın lideri Rəsul Quliyev İlham Əliyevin dəstəklənməsi ilə bağlı qərarı birmənalı olaraq müdafiə etmək və ya əleyhinə çıxmaq mövqeyində olmayıb: “O yalnız dediyim kontekstdə qərara öz münasibətini bildirdi”. A. Şahbazov onu da qeyd edib ki, belə qərar qəbul etməkdə prezidentdən müəyyən gözləntiləri var: “Biz İlham Əliyevin prezident seçiləcəyinə inanırıq və seçiləndən sonra bir sıra ciddi islahatlar həyata keçiriləcəyini gözləyirik. Müsbət addımlar bizim tərəfimizdən təqdir olunacaq, nöqsanlar isə müxalifət partiyası olaraq tərəfimizdən tənqid ediləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR