Bank Of Baku

Azərbaycan prezidenti Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin açılışında iştirak edib

Azərbaycan prezidenti Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin açılışında iştirak edib
# 10 oktyabr 2008 12:26 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 10-da paytaxtın yaxınlığında yerləşən Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin açılış mərasimində iştirak edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dövlət başçısı kompleksin açılışını bildirən rəmzi lenti kəsib. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən yeni layihə Azərbaycanın tarixi keçmişini qoruyub saxlamaqla yanaşı, ölkənin turizm mərkəzlərindən birinə çevrilməsinə xidmət edəcək. Burada hələ 1988-ci ildə Qala Dövlət Tarix Etnoqrafiya qoruğu yaradılıb. Qoruğun 156 hektar sahəni əhatə edən ərazisində eramızdan əvvəl III minillikdən XX əsrə qədər dövrə aid kurqanlar, sərdabələr, yaşayış evləri, 4 ovdan, qədim qəsrin qalıqları, 5 məscid, 3 hamam mövcuddur.

Bu abidələrin qorunması, eləcə də Abşeronda aşkar edilən arxeoloji tapıntılar hesabına qoruğun daha da zənginləşdirilməsi məqsədi ilə 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə burada açıq səma altında ilk arxeoloji-etnoqrafik muzey kompleksi yaradılıb. İki hektar ərazisi olan muzey kompleksi Abşeron yarımadasında tapılıb və eramızdan əvvəl III-II minilliklərdən orta əsrlərə qədər dövrü əhatə edən qayaüstü rəsmlər, Qavaldaş, keramika, məişət və bəzək əşyaları, silah və sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları və s. yerləşdirilib.

Prezident və xanımı muzey kompleksi ilə yaxından tanış olublar. Sonra dövlət başçısı qəsəbə sakinləri ilə görüşüb söhbət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR