Bank Of Baku

QAT ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı son açıqlamalarına dair bəyanat yayıb

QAT ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı son açıqlamalarına dair bəyanat yayıb
# 10 oktyabr 2008 12:45 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) ABŞ və Rusiya rəsmilərinin, həmçinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı son açıqlamalarına dair bəyanat verib. QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda işğal faktına hüquqi qiymət verilməsi məqsədəuyğun hesab edilib: “Qarabağ Azadlıq Təşkilatı hesab edir ki, danışıqların prinsiplərinə dair yaranmış müsbət meyl müvəqqəti və kompaniya xarakteri daşımamalı, Ermənistanın bu mövqeni qəbul etməsi üçün ardıcıl addımlar atılmalıdır. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, işğalçı və təcavüzkar hərəkətlərinə görə cəzalandırılmalı, işğalçı qoşunlar Azərbaycanın ərazilərindən çıxarılmalıdır. Yalnız bundan sonra digər məsələlərin müzakirələrinə başlamaq olar. Əks halda müharibə qaçılmaz olacaq. Bunu dünya birliyi bilməli və Azərbaycanın haqlı mövqeyini başa düşməlidir. Dünya birliyi Rusiyanın işğalına məruz qalmış Gürcüstanı müdafiə etdiyi kimi, 18 ildir ki, işğaldan əziyyət çəkən Azərbaycanın da haqq işinə ədalətli mövqedən yanaşmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR