Bank Of Baku

Azərbaycan prezidenti Qala qəsəbəsində 63 saylı uşaq bağçasının yeni binasının açılışında iştirak edib

Azərbaycan prezidenti Qala qəsəbəsində 63 saylı uşaq bağçasının yeni binasının açılışında iştirak edib
# 10 oktyabr 2008 16:23 (UTC +04:00)
Bakı - APA. Oktyabrın 10-da Bakının Qala qəsəbəsində 63 saylı uşaq bağçasının yeni binasının açılışı olub. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak ediblər.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq bağçası üçün yeni 100 yerlik bina tikilib. Müasir tələblərə cavab verən yeni binada hər cür şərait yaradılıb.

Prezident və xanımı açılışı bildirən lenti kəsib, bina ilə tanış olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR