Bank Of Baku

Tofiq Əhmədov: “Mütəllibovun tərəfdarları ASDP-dən uzaqlaşıb”

Tofiq Əhmədov: “Mütəllibovun tərəfdarları ASDP-dən uzaqlaşıb”
# 11 oktyabr 2008 09:21 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Araz Əlizadə nə müxalifətçi deyil, nə də iqtidar tərəfindən qəbul olunmur. Belə siyasətçilər nə iqtidara, nə də müxalifətə lazım deyil. O, alverçidir və heç vaxt da siyasətçi olmayıb. Mən ona dəfələrlə demişdim ki, siyasətçi söyüşlə danışmaz, təhqirə yol verməz. Bizim bu ziddiyyətimiz hətta Ayaz Mütəllibova qədər gedib çıxmışdı”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) keçmiş təşkilatı məsələlər üzrə katibi Tofiq Əhmədov deyib. Onun sözlərinə görə, ASDP-dən çıxdıqdan sonra partiyadaxili problemlərə və təşkilatın həmsədri Araz Əlizadənin fəaliyyəti haqda danışmaq istəməyib. Lakin partiya funksionerləri və A. Əlizadə tərəfindən mətbuatda ona yönələn ittihamlara cavab vermək məcburiyyətində qalıb: “Ayaz Mütəllibov ASDP-nin lideri olandan sonra - 2003-cü il avqustun 8-də bu partiyaya gələndə, burada çox az adam gördük. Araz həmişə deyir ki, həmin adamlar “kabab iyinə gəlmişdilər, gördülər ki, burda heç eşşək də dağlamırlar”. Əslində o düz deyir. Ayaz Mütəllibovun tərəfdarları toplu şəklində ASDP-yə gələndə orada heç eşşək də dağlamırdılar”. Azərbaycandakı “mütəllibovçuların” onun ətrafında toplaşdığını da deyən T. Əhmədov A. Mütəllibovun tərəfdarlarının ASDP-dən uzaqlaşdığını vurğulayıb. O, mətbuatda A. Əlizadə tərəfindən təhqir olunması ilə bağlı məhkəməyə müraciət etməyəcəyini də deyib. ASDP həmsədri Araz Əlizadə isə ona yönələn ittihamları fərqli şəkildə cavablandırıb: “Mənim üçün partiyadan xaric edilən adam rəhmətə getmiş sayılır. Allahdan onlara yalnız rəhm eləməsini diləyə bilərəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR