Bank Of Baku

Əli Əhmədov: “Beynəlxalq təşkilatlar Azərbaycanda həyata keçirilən siyasəti yüksək qiymətləndirirlər”

Əli Əhmədov: “Beynəlxalq təşkilatlar Azərbaycanda həyata keçirilən siyasəti yüksək qiymətləndirirlər”
# 11 oktyabr 2008 11:20 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “Hesab edirəm ki, beynəlxalq təşkilatlar Azərbaycanda həyata keçirilən siyasəti və bu siyasətin uğurlarını, seçki ilə bağlı tədbirlərin nəticələrini yüksək qiymətləndirirlər”. APA-nın məlumatına görə, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, prezidentliyə namizəd İlham Əliyevin vəkili Əli Əhmədov partiyanın rəsmi saytına verdiyi müsahibədə deyib. Ə. Əhmədov bildirib ki, Azərbaycanda keçiriləcək prezident seçkilərini uzunmüddətli müşahidə etmək üçün ölkəmizdə olan ATƏT, MDB və digər beynəlxalq təşkilatların nümayəndələri müşahidələrin nəticələri ilə bağlı hesabatlar hazırlayıblar: “Artıq iki hesabat açıqlanıb. Həmin hesabatlarda Azərbaycanda seçkilərin normal demokratik şəraitdə keçirilməsi üçün münbit mühitin yaradıldığı qeyd olunub. Bu, onu göstərir ki, beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana olan inam daha da artır, ölkəmizin əhəmiyyəti yüksəlir. Beynəlxalq təşkilatların və Avropa strukturlarının bu rəyi bizim hər birimizdə belə inam yaradır ki, Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı həmin qurumların hazırlayacaqları rəy və hesabatlar müsbət olacaq. Biz indiyə qədər keçirilən seçkilərlə bağlı bir sıra beynəlxalq təşkilatların hazırladıqları hesabatlarda obyektivliyin kifayət qədər gözlənilməməsindən öz nigarançılığımızı bildirirmişik. Bu, bizə onu deməyə əsas verir ki, növbəti hesabatlarda da obyektivlik meyarı qorunacaq. Azərbaycan prezident seçkiləri ilə bağlı dəyərləndirilən bu obyektivliyə layiqdir və biz beynəlxalq təşkilatlardan bu obyektivliyi gözləyirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR