Bank Of Baku

Müxalifətin Əməkdaşlıq Mərkəzi forum keçirib

Müxalifətin Əməkdaşlıq Mərkəzi forum keçirib
# 11 oktyabr 2008 14:52 (UTC +04:00)
APA-nın məlumatına görə, forumda Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Liberal partiyanın sədr əvəzi Əvəz Temirxan, “Azərbaycan Naminə” İctimai Forumun prezidenti Eldar Namazov çıxış ediblər. Çıxışçılar təmsil olunduqları təşkilatların seçkidə iştirak etməməsinin səbəbindən danışıb, seçki qanunvericiliyinin mükəmməl olmamasından, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun tələblərinin pozulmasından şikayət ediblər.

Tədbirin sonunda Müxalifətin Əməkdaşlıq Mərkəzinin adından Azərbaycan xalqına müraciət ünvanlanıb.

Qeyd edək ki, Müxalifətin Əməkdaşlıq Mərkəzində AXCP, “Azərbaycan Naminə” İctimai Forum, Liberal, Müsavat, Vətəndaş və İnkişaf partiyaları təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR