Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri növbəti dəfə atəşkəsi pozub

Ermənistan Silahlı Qüvvələri növbəti dəfə atəşkəsi pozub
# 13 oktyabr 2008 07:14 (UTC +04:00)
Bakı – APA. Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozmaqda davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, düşmən bölmələri oktyabrın 12-də saat 16.45-dən 17.10-dək, 18.45-dən 20.22-dək və 20.40-dan 20.50-dək Ermənistan Respublikası Berd rayonu Mosesqex kəndi, Qarasu dağı və Noyemberyan rayonu Voskevan kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə, Əlibəyli kəndi və Qazax rayonunun Quşçu Ayrım kəndi ərazisində yerləşən mövqelərini, saat 15.05-dən 15.10-dək və oktyabrın 13-də saat 02.00-dan 02.15-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20.08-dən 20.15-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20.10-dan 20.35-dək və oktyabrın 13-də saat 01.20-dən 02.00-dək isə fasilələrlə Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat, pulemyot və avtomatik qumbaraatanlardan atəşə tutub.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR