Bank Of Baku

AMİP Ermənistandan deportasiya edilən azərbaycanlıların kommunal xidmətlərə görə borclarının silinməsini istəyir

AMİP Ermənistandan deportasiya edilən azərbaycanlıların kommunal xidmətlərə görə borclarının silinməsini istəyir
# 13 oktyabr 2008 11:36 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) 1988-ci ildə Ermənistandan deportasiya edilən azərbaycanlıların enerji daşıyıcılarına və kommunal xidmətlərə olan borclarının silinməsi ilə bağlı dövlət başçısı İlham Əliyevə müraciət edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, müraciətdə qaçqınların sosial reablitasiyası üçün dövlət tərəfindən müəyyən tədbirlər həyata keçirildiyi bildirilib. Lakin bu tədbirlərin onların sosial, iqtisadi problemlərinin yüngülləşdirilməsi üçün kifayət etmədiyi qeyd olunub. Müraciətdə qaçqınlara edilən sosial güzəştlərin ləğvindən sonra onların sosial durumlarının daha da ağırlaşdığı bildirilir. Ölkənin iqtisadi imkanının qaçqınların sosial təminatını yaxşılaşdırmağa imkan verdiyi bildirilən müraciətdə dövlət başçısından 1 yanvar 2008-ci il tarixədək qaçqınların enerji daşıyıcılarına və kommunal xərclərə olan borclarının silinməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi xahiş edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR