Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri bütün cəbhə boyu atəşkəsi pozub

Ermənistan Silahlı Qüvvələri bütün cəbhə boyu atəşkəsi pozub
# 14 oktyabr 2008 07:08 (UTC +04:00)
Bakı - APA. Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, düşmən bölmələri oktyabrın 13-də saat 19.00-dan 19.30-dək, 20.00-dan 20.15-dək və oktyabrın 14-də saat 01.30-dan 01.40-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu Aygepar, İcevan rayonu Berkaber, Noyemberyan rayonu Vazaşen kəndləri ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Əlibəyli, Qazax rayonunun Bala Cəfərli və Qızılhacılı kəndləri ərazisində yerləşən mövqelərini, saat 18.45-dən 18.55-dək Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Məzəmli kəndi yaxınlığında yerləşən mövqelərdən, oktyabrın 14-də saat 05.55-dən 06.10-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 06.00-dan 06.15-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 06.10-dan 06.15-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR