Bank Of Baku

“Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində tədbirlər keçiriləcək

“Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində tədbirlər keçiriləcək
# 14 oktyabr 2008 07:37 (UTC +04:00)
Bakı-APA. NATO ilə Azərbaycan arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində İspaniyanın Kartagena və Malaqa şəhərlərində oktyabrın 19-dan 24-də təlim kursu keçiriləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 20-24 oktyabr tarixlərində isə Bakı şəhərində Hərbi-Dəniz Qüvvələri zabitlərinin NATO (HDQ ilə) tanışlıq kursu olacaq. Oktyabrın 25-dən 29-dək isə Albaniyanın Tirana şəhərində Hərbi Hava Qüvvələri Komandanları Konfransı baş tutacaq. 27-30 oktyabrda isə İtaliyanın Neapol şəhərində Dənizdə hərbi əməliyyatların planlaşdırılması üzrə işçi görüşü olacaq. İctimai Əlaqələr mövzusunda konfrans isə oktyabrın 27-dən 31-dək davam edəcək. Türkiyənin Ankara şəhərində və Ankaranın Bəytəpə qəsəbəsində “Sülhü Dəstəkləmə Əməliyyatlarında qaçqınların idarə olunması” kursu 20-23 oktyabr tarixlərində keçiriləcək.
«Sülh Naminə Tərəfdaşlıq» proqramına əlavə çərçivəsində 23-24 oktyabrda Sloveniyanın Lyublyana şəhərində Hərbi Attaşelərin illik toplantısı olacaq. Almaniyanın Flensburq, Mürvik və Qlüksburq şəhərlərində Hərbi Dəniz Qüvvələri (HDQ) üzrə məlumat toplantısı oktyabrın 28-29 tarixlərində gerçəkləşəcək. Qazaxıstanın Almatı şəhərində “Vyana-99” sənədi üzrə oktyabrın 27-dən noyabrın 1-dək silahlara nəzarətə dair regional kurs keçiriləcək. Almaniyanın Heydelberq şəhərində Avropa Orduları Konfransı 29-31 oktyabrda baş tutacaq. Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR