Bank Of Baku

Mirmahmud Mirəlioğlu: “Müxalifətin Əməkdaşlıq Mərkəzi adlı qurum yoxdur”

Mirmahmud Mirəlioğlu: “Müxalifətin Əməkdaşlıq Mərkəzi adlı qurum yoxdur”
# 14 oktyabr 2008 10:28 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Müxalifətin Əməkdaşlıq Mərkəzi adlı qurum yoxdur. “Beşlik” var və onun Müxalifətin Əməkdaşlıq Mərkəzi adlandırılması doğru deyil”. Bu sözləri APA-ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib. O bildirib ki, “beşlik” indiki zamanda müxalifətin bir araya gəlməsinə mane olub: “Həmin partiyalar müxalifətin geniş koalisiyası ilə bağlı aparılan danışıqlara da maneçilik törədiblər”. M. Mirəlioğlu ölkədə mövcud olan milli-demokratik qüvvələrin birliyinə nail olacağını söyləyib: “Bu ideyanın nüvəsi var - Demokratiya Uğrunda İttifaq. Bu qurumda təmsil olunan partiyaların dövlət və millət məsələsində mövqeləri aydındır. Amma birlik reallaşacağı təqdirdə, bu ittifaqın hansı formatda olacağı hələ müəyyənləşməyib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR