Bank Of Baku

Milli Məclisin Regional məsələlər daimi komissiyasının iclası keçirilib

Milli Məclisin Regional məsələlər daimi komissiyasının iclası keçirilib
# 17 oktyabr 2008 09:49 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Milli Məclisin Regional məsələlər daimi komissiyasının iclası keçirilib. APA-nın məlumatına görə, iclasda “Coğrafi obyektlərin adları haqqında” qanuna əlavələr edilməsi ilə bağlı məsələ müzakirə olunub. Komissiyanın sədri Arif Rəhimzadə bildirib ki, qanuna təklif olunan dəyişiklik coğrafi obyektlərin adının dəyişdirilməsinin forması ilə bağlıdır. Belə ki, müvafiq ərazinin əhalisinin rəyinin nəzərə alınmasına dair tələb hava və dəniz limanlarına, dəmiryol stansiyalarına ad verilməsi və ya bu cür coğrafi obyektlərin adlarının dəyişdirilməsi, coğrafi obyektlərin tarixi adının bərpa edilməsi, habelə coğrafi obyektin iki və daha çox inzibati ərazi vahidləri ərazisində yerləşdiyi hallarda şamil edilmir.

İclasda “Bələdiyyə torpaqlarının torpaq hərraclar və ya müsabiqələr vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycanın bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” qanun layihəsi də müzakirə olunub. Bu sahədə səkkiz qanuna əlavə və dəyişiklik edilməsi nəzərdə tutulub. Həmin əlavə və dəyişikliklər bələdiyyələrin büdcəsinin formalaşdırılmasına müsbət təsir göstərəcək.

Hər iki sənəd müzakirələrdən sonra parlamentin iclasına tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR