Açıq Cəmiyyət Partiyası Müsavat Partiyası və bu partiyaya yaxın media ilə bağlı sensasion bəyanatla çıxış edib - YENİLƏNİB
Bu təbliğat kampaniyasında o bir sıra hallarda şərəf və ləyaqətin təhqir olunduğunu qeyd edib: “Təəssüflər olsun ki, səriştəsiz, ləyaqətsiz, məişət və siyasi müstəvidə əxlaqsızlıqla məşğul olan və bir illik hakimiyyətləri dövründə Azərbaycanı məhvə sürükləyən xəyanətkar insanlar müsavatçılıq ideologiyasını mənimsəyərək, onun təməl prinsiplərini satmaqla öz siyasi mövcudluqlarını saxlaya biliblər. İstər Müsavat Partiyası, istərsə də bu partiyanın qəzetlərindəki bəzi aparıcı simaların hesabına xalqın dəstəyindən məhrum olmuş və müəyyən mafioz qüvvələrin əlində alətə çevrilmiş yaramaz satqınlar ictimai qınağı öz üzərindən atmaq məqsədi ilə böhtan və şantaj kampaniyasına davam etdirirlər”.
A. Şahbazov Müsavata yaxın qəzetlərdə ACP-nin tənqid edilməsinin müsavatçıların nifrətindən irəli gəldiyini qeyd edib: “Biz qərara almışıq ki, hakimiyyətin uğurları kimi nöqsanlarını da olduğu kimi təqdim edək. Mən hakimiyyətlə idarəetmə orqanlarında 20 il işləmişəm, müxalifətdə isə 10 ildir fəaliyyət göstərirəm. Təəssüf edirəm ki, bəzi hallarda bu partiyanın rəhbərliyində olan şəxslərdə oturub çay içmişəm. Amma həmin zaman da məqsədim onları doğru yola dəvət etmək olub. Seçkilərə münasibətimizə gəldikdə, bu bizim mövqeyimizdir. Cəsarətləri varsa, seçkiyə qatılaydılar, yaxud seçkiləri olduğu kimi qiymətləndirəydilər, qalibi təbrik edəydilər. Gücləri varsa, etiraz aksiyaları keçirsinlər. Təkcə qəzetlə müxalifətçilik yetər”.
Müsavat Partiyasının Məclis sədri Sülhəddin Əkbər isə APA-ya açıqlamasında ACP rəhbərlərinin Müsavata qarşı səsləndirdikləri ittihamların əsassız olduğunu qeyd edib: “Açıq Cəmiyyət Partiyasının atdığı addımlar hər kəsə bəllidir, əlavə şərhə ehtiyac yoxdur. Düşünürəm ki, ACP öz yolunu seçibsə, hakimiyyətin yanında, arxasında yer alıbsa, artıq müxalifət mövqeyindən çıxıb. Ona görə də onların müxalifətə qarşı belə aqressiv münasibətlərini başa düşmək olar”.
“Mən Açıq Cəmiyyət Partiyasına uğur arzulamıram. Çünki onlar elə bir yol seçiblər ki, bu heç bir şəxsə şərəf gətirən yol deyil. Amma bu partiyanın rəhbərliyinə bir az ağıl və səbir arzulayıram. Allah ağıllarını və səbirlərini əksik etməsin”. Bu sözləri isə APA-ya açıqlamasında “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Akif Şahbazovun Müsavat Partiyası və bu partiyaya yaxın qəzetlərlə bağlı yaydığı bəyanata münasibət bildirərkən deyib. R. Arifoğlunun sözlərinə görə, A. Şahbazovun bəyanatı siyasi baxımdan zəif, qüsurlu və redaktəyə ehtiyacı olan söyüşlərlə doludur: “Mən belə bəyanat yaymağı hər hansı siyasətçiyə rəva görmürəm. Ümumiyyətlə, bu bəyanatda peşəkar siyasətçinin göstərmədiyi bir emosiya var. Məsələ burasındadır ki, Akif Şahbazovun bəyanatdakı söyüşləri, təhqirləri, işlətdiyi epitetlər hamısı yalnız özünə və Rəsul Quliyevin adına olan bir partiyanı bu vəziyyətə gətirmiş insanlara yaraşır. Müsavat Partiyası haqqında, o cümlədən ona yaxın qəzetlər haqqında dediklərinin heç biri göstərdiyi ünvanlara aid deyil və çox böyük ehtimalla ictimaiyyət də bunu elə bu cür qəbul edəcək. Akif Şahbazovun Müsavat və partiyaya yaxın olan qəzetlərin ACP-nin yarandığı ilk gündən bu partiyaya qarşı olması barədə dedikləri də qüsurlu və qərəzlidir. Onu xatırlatmaq lazımdır ki, ACP Müsavatın qərargahında yaradılıb. Həmin partiyanın təsis qurultayını keçirmək üçün hakimiyyət yer ayırmadı və Müsavat bu partiyaya yardım etdi. Bu faktdan göründüyü kimi, Akif Şahbazov böhtan atır. Onun digər fikirləri də bu fakt kimi qərəzli, saxta və tənqidə dözümsüzdür”.
Daxili siyasət
Prezident İlham Əliyevin Şuşa mesajlarının təhlili mövzusunda ekspert müzakirəsi keçirilib
Ziyafət Əsgərov: Prezidentin Şuşa Forumunda "Biz yalnız özümüzə güvənə bilərik" çağırışı dövlətçilik strategiyasının əsas prinsipidir
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclası başlayıb
Xəbər Lenti
Nazir müavini: Azərbaycanda insan kapitalının formalaşdırılması dövlət siyasətinin əsas prioritetlərindən biridir
Ziraat Bank Azərbaycan 2026-cı ilin ikinci rübündə də dayanıqlı artım tempini qoruyub
SEPAH ABŞ-ın Omandakı radar sistemlərinə zərbələr endirib
Agentlik: Arıqlama məhsullarında təhlükəli maddələr aşkar edilib
"IT SkillSprint" proqramının ilk mərhələsində 120 tələbə iştirak edib
İRİA-nın təhsil layihələri çərçivəsində 10 minə yaxın məzun hazırlanıb
Bakıda süni intellekt sahəsində regional qabaqcıl təcrübə mərkəzi yaradılacaq
Ölkədə fəaliyyəti bərpa edilən heyvan bazarlarının sayı açıqlanıb
İstehlaka yararsız 30 tondan çox ət məhv edilib
FHN Gəncədəki “Nizami Gəncəvi” muzeyində təlim keçirib - VİDEO - FOTO
Ali Məhkəmə: Mənzildə çatışmayan sahənin pulunu geri almaq olar
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri dərinləşdirir
Xankəndidə tikilidə yanğın baş verib
Rusiya Sumını bombalayıb, 15 nəfər yaralanıb
Bu günün valyuta məzənnələri
Tramp ABŞ seçkilərinə xarici müdaxilə ilə bağlı sənədlərin məxfiliyinin götürülməsini tapşırıb
Nyu-York birjasında təbii qaz bahalaşıb
Əmtəə bazarlarında 4 000 dollardan aşağı enib
“Brent” neftinin qiyməti 85 dolları ötüb
Qlobal fond bazarlarında eniş müşahidə olunub
"Bitcoin"in qiyməti 64 min dollardan aşağı enib
İran ABŞ-ın Küveytdəki qüvvələrinə zərbələr endirib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Yaponiyanın cənub-qərbində 5,2 bal gücündə zəlzələ olub
Lula da Silva: Braziliya ABŞ qarşısında geri addım atmayacaq
Dohada partlayış səsləri eşidilib
CENTCOM: ABŞ İrana qarşı yeni zərbələr dalğasını başa çatdırıb - YENİLƏNİB
İran ordusu ABŞ-ın Bəhreyndə yerləşən aviabazasına pilotsuz uçuş aparatları ilə hücum edib.
ABŞ-ın İrana zərbəsi nəticəsində 7 nəfər ölüb, 9 nəfər yaralanıb - VİDEO
Venesuelada zəlzələ qurbanlarını sayı 4 930 nəfərə çatıb
Konqoda Ebola xəstələri xəstəxanaya hücumdan sonra qaçıblar
Çin təlimlərdə 203 millimetrlik M110 haubitsalarından istifadə edib
Avropa Liqası: "Qarabağ" inamlı qələbə ilə növbəti mərhələyə yüksəlib
İranda hava limanı raket zərbəsinə məruz qalıb
FT: Fedorovun vəzifədən uzaqlaşdırılması Ukrayna hakimiyyəti daxilində fikir ayrılıqlarını üzə çıxarıb
Ağ Ev: Tramp İsrailin ABŞ-da ictimai rəyə təsir göstərməyə çalışdığını düşünür
Biləsuvarda zəncirvari qəza olub, bir nəfər ölüb
İranın Buşehr, Əhvaz və İranşəhr şəhərlərində partlayışlar baş verib
Niderlandda isti hava şəraiti səbəbindən su qıtlığı rejimi elan olunub
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
Macarıstanda sabiq XİN başçısı Peter Siyartonun dövlətə xəyanət iddiaları üzrə araşdırma aparılır
Livitt: Trampın xalqa müraciəti seçkilərin təhlükəsizliyinə həsr olunacaq
Konfrans Liqası: “Zirə” ikinci təsnifat mərhələsinə yüksəlib
Zelenski Hakan Fidanı ordenlə təltif edib
Ağ Ev: Vaşinqton və Tehran arasında danışıqlar davam edir
Ağ Ev: Tramp futbol üzrə dünya çempionatının finalını izləyəcək
Polşa müharibəyə hazırlıq statusu ilə bağlı yeni qanun hazırlayır