Bank Of Baku

Müxalifətin Əməkdaşlıq Mərkəzi oktyabrın 18-nə təyin olunan mitinqi təxirə salıb

Müxalifətin Əməkdaşlıq Mərkəzi oktyabrın 18-nə təyin olunan mitinqi təxirə salıb
# 17 oktyabr 2008 12:25 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Müxalifətin Əməkdaşlıq Mərkəzinə daxil olan partiyalar oktyabrın 18-nə təyin etdikləri mitinqi təxirə salıblar. Bu barədə APA-ya Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib. Onun sözlərinə görə, bu gün mərkəzə daxil olan 5 partiyanın rəhbərlərinin toplantısı keçirilib. Onlar Bakı şəhər İcra Hakimiyyətinin tövsiyəsinə uyğun olaraq mitinqin Bibiheybət qəsəbəsindəki “Neftçi” İdman Mərkəzinə məxsus stadionda keçirilməsini məqsədəuyğun hesab etməyiblər. Bununla yanaşı, həmin siyasi partiyalar indiki şəraitdə icazəsiz aksiya keçirilməsini də məqsədəuyğun saymayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR