Bank Of Baku

Azərbaycanın müstəqillik aktına imza atan sabiq deputatların iştirakı ilə dəyirmi masa keçirilib

Azərbaycanın müstəqillik aktına imza atan sabiq deputatların iştirakı ilə dəyirmi masa keçirilib
# 17 oktyabr 2008 12:53 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bu gün Azərbaycanın müstəqilliyi haqqında dövlət aktına imza atan sabiq deputatların iştirakı ilə dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu deyib ki, bəyannamənin parlamentdə təsdiq olunması xalqın dəstəyi və ali qanunverici orqanda təmsil olunan “Müstəqil Azərbaycan” Deputat Blokunun mübarizəsi nəticəsində baş tutub: “Bu səbəbdən də “demblok”da təmsil olunan 46 nəfər deputat bizim tərəfimizdən “istiqlalçı deputatlar” adlandırılır”. Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı həmin dövrləri unutdurulmasına cəhdlərin olduğunu bildirib. Onun sözlərinə görə “nə qədər cəhd edilsə də, 1988-1991-ci illərdə parlamentdə aparılan mübarizə unutdurula bilməz”. O, biganəliyin bu vəziyyətə gəlib çatmasında özlərinin də günahı olduğunu söyləyib: “Meydanda və parlamentdə mübarizə apararaq, uğur qazananlar parçalandı. Artıq birləşməyə - bir təşkilatda birləşməyə doğru getməliyik”. Toplantıda keçmiş deputatlar Etibar Məmmədov, Tahir Kərimli və həmin dövrdə siyasi mübarizədə iştirak edən şəxslər çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR