Bank Of Baku

Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının iclası keçilib

Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının iclası keçilib
# 17 oktyabr 2008 14:30 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının bugünkü iclasında Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələr vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə məsələ müzakirə olunub. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, komissiyanın sədri Ziyafət Əsgərov bildirib ki, layihəyə əsasən, “Hərbi qulluqçuların statusu haqqında” qanunun və “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə əlavələr edilməsinin təklif olunduğunu bildirib.

Onun sözlərinə görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş, xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə pulsuz torpaq sahəsi almaq hüququnu əks etdirən maddələrdə dəqiqləşdirmə aparılır. Həmin maddələrə “fərdi yaşayış evinin tikintisi üçün” sözlərinin artırılması təklif olunur.

Çıxış edən deputatlar bu prosesin tənzimlənməsində müəyyən çətinliklərin olduğunu, əlavə və dəyişikliklərdən sonra həmin problemin aradan qaldırılacağını bildiriblər.

Sonda əlavə və dəyişikliklər Milli Məclisin iclasında müzakirəyə tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR