Bank Of Baku

ASDP Elşən Manafovla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcək

ASDP Elşən Manafovla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcək
# 17 oktyabr 2008 15:19 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Elşən Manafov ASDP-nin üzvlük vəsiqələrini qaytarmalıdır. Onun bu günə qədər vəsiqəni qaytarmaması Sosial Demokrat Partiyasının əmlakını mənimsəməkdir”. Bu sözləri APA-ya açıqlamasında ASDP həmsədri Araz Əlizadə deyib. O bildirib ki, partiya sıralarını tərk edən istənilən şəxsin partiyanın üzvlük vəsiqəsini özündə saxlamaq ixtiyarı yoxdur: “Elşən Manafov partiyadan çıxarılıb. Onun atdığı addımlarla bağlı qurumun aidiyyəti strukturları məşğul olacaq”.

ASDP sədrinin təşkilatı məsələləri üzrə müavini Təhməz Məmmədov isə məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəklərini söyləyib. Onun sözlərinə görə, partiyadan çıxan istənilən üzv bu barədə quruma ərizə ilə müraciət etməlidir: “Bu, qanun pozuntusudur. Elşən Manafov özünün və 30 ASDP üzvünün onda olan partiya biletlərini təşkilata qaytarmalıdır. Əks təqdirdə, partiyaya məxsus əmlakın, yəni sənədləri özündə saxlaması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq”.

ASDP-nin keçmiş ideologiya katibi, Demokratik Sol Partiyanın Təşəbbüs qrupunun sədri Elşən Manafov isə APA-ya ASDP rəhbərliyinin iddialarının gülünc olduğunu deyib. Onun sözlərinə görə, partiya sıralarını tərk edən həmin şəxslər öz fəaliyyətləri ilə artıq ASDP-nin borcunu ödəyiblər: “Mən Araz Əlizadənin siyasətçi olmadığını bilirdim. Amma belə cılızlığından xəbərim yox idi. Lakin nəzərə alsınlar ki, mən də alternativ addımlar ata bilərəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR