Bank Of Baku

Bəzi sol təmayüllü partiyaların birliyi təsis oluna bilər

Bəzi sol təmayüllü partiyaların birliyi təsis oluna bilər
# 05 noyabr 2008 08:50 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Yaxın vaxtlarda sol təmayüllü partiyaların birliyi təsis oluna bilər. Azərbaycanda fəaliyyət göstərən solçuların vahid blokda cəmləşməsi bu ideyanı dəstəkləyən partiyaların son illərdəki passivliyini də aradan qaldıracaq”. Bunu APA-ya açıqlamasında parçalanmış Azərbaycan Kommunist Partiyasının (AKP) qanadlarından birinə rəhbərlik edən Rauf Qurbanov deyib. O, Musa Tukanovun rəhbərlik etdiyi Azərbaycan Vahid Kommunist Partiyası (AVKP), Elşən Həsənovun sədri olduğu Azərbaycan Sosialist Partiyası (ASP) və Telman Nurullayevin sədrlik etdiyi Azərbaycan Kommunist Partiyasının (leninizm-marksizim platformasında) birinci şəxsləri səviyyəsində danışıqlara başladıqlarını bildirib. R. Qurbanov növbəti görüşün noyabrın 9-da keçiriləcəyini söyləyib: “İnanırıq ki, yaranacaq birlik ölkədə fəaliyyət göstərən sağ qüvvələrə alternativ olacaq. Birliyin seçki bloku kimi də fəaliyyət göstərməsi nəzərdə tutulub. Qarşıdan gələn bələdiyyə və parlament seçkilərində bu qurum solçuların bloku olaraq iştirak edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR