Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri müxtəlif istiqamətlərdə atəşkəsi pozub

Ermənistan Silahlı Qüvvələri müxtəlif istiqamətlərdə atəşkəsi pozub
# 06 noyabr 2008 08:21 (UTC +04:00)
Bakı-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 5-də saat 21.25-dən 21.38-dək fasilələrlə Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə və Voskevan kəndi, İcevan rayonu Berkaber kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Quşçu Ayrım və Qızılhacılı kəndləri ərazisində yerləşən mövqelərini, saat 12.05-dən 12.20-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20.15-dən 20.25-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21.35-dən 21.45-dək, 23.35-dən 23.40-dək və noyabrın 6-da saat 02.15-dən 02.25-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR