Azərbaycan müxalifəti bundan sonra nə etməlidir? – SORĞU
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu hesab edir ki, ilk növbədə müxalifətin sözün həqiqi mənasında səmimi münasibətlər əsasın ciddi bir mərkəzi yaradılmalıdır: “İkincisi, aydın fəaliyyət proqramı ortaya qoymalıdır. Üçüncüsü, isə Azərbaycanda ictimai siyasi situasiyanı dəyişdirmək istiqamətində ciddi beynəlxalq dəstəyə nail olmalıdır. Bu üç addım atılmasa, mənə elə gəlir ki, Azərbaycanda vəziyyət durmadan pisləşəcək. Müxalifətin uğursuzluqlarından biri də zamanı düzgün müəyyənləşdirməməsidir. Seçkilər qurtarmamış bu birlik yaradılmalı idi. Amma bir çoxları dedi ki, gözləyək. Bu da həmin qüvvələr arasında ziddiyyətlərin inkişaf etməsinə təkan verdi. Amma heç olmamaqdansa, yenə gec olması yaxşıdır”.
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı müxalifətin seçkilərdə iştirak etməməsinin başlıca səbəbinin ölkədə normal demokratik şəraitin olmaması olduğunu deyib: “Ona görə də müxalifət növbəti mərhələdə normal demokratik şəraitin yaradılması istiqamətində fəaliyyət göstərməlidir. Söz və mətbuat azadlığının, sərbəst toplaşmaq hüququ, seçki qanunvericiliyində islahatlar və digər sahələrdə dəyişikliklərin edilməsi üçün birgə fəaliyyət lazımdır. Taktiki məsələlər isə hazırda müzakirə olunur. Müxalifət düşərgəsi bu problemləri həll etmək üçün səylərini birləşdirməli, ardıcıl və sistemli mübarizə aparmalıdır”.
Milli Birlik Hərəkatının lideri Lalə Şövkət isə əsl müxalifət partiyalarının həm strateji, həm taktiki baxımdan ortaq məxrəcə gəlməsini vacib hesab edir. Onu sözlərinə görə, müxalifət bir komanda kimi Azərbaycandakı vəziyyəti dəyişmək uğrunda mübarizə aparmalıdır: “Birinci addım birləşmə olmalıdır. Sonrakı addımlar isə taktiki məsələlərə daxildir. Səmimi birlik yaradılacaqsa, o zaman qarşıya qoyulan məqsədlərə çatmaq mümkün olacaq”. L. Şövkət hesab edir ki, müxalifətin birliyi qarşılıqlı hörmət üzərində qurulmalıdır.
Açıq Cəmiyyət Partiyasının sədri Akif Şahbazovun fikrincə, müxalifət ənənəvi qaydada atdığı addımları bu mərhələdə atmamalıdır: “Müxalifət düşərgəsi birinci növbədə situasiyanı düzgün qiymətləndirməyi bacarmalıdır. Hakimiyyət bir partiyaya bir, başqasına isə fərqli yanaşacaqsa, o zaman fəaliyyət göstərmək çətin olacaq. Həmçinin hakimiyyətin yetişdirmək istədiyi müxalifətdən də müxalifət olmayacaq”.
Azərbaycan Milli İstiqlal Partiyasının mətbuat və təbliğat katibi Əli Orucov qarşıdan iki mühüm seçkinin - bələdiyyə və parlament seçkilərinin gəldiyini deyib və müxalifət düşərgəsinin bütün diqqəti bu seçkilərə yönəltməsinin vacib olduğunu bildirib: “Digər tərəfdən, müxalifət düşərgəsində pərakəndəlik var və bu pərakəndəliyin aradan qaldırılmasına çalışmaq lazımdır. Əks halda qarşıdakı illərdə hər hansı uğur qazanmaq çox çətin olacaq. Müxalifət hakimiyyətə təzyiqlər etməli, müəyyən azadlıqların alınmasına nail olmalı, qanunvericilikdə müəyyən dəyişikliklər və xüsusilə də əhalinin siyasi fəallığının artırılmasına çalışmalıdır”.
Prezident seçkilərinin artıq geridə qaldığını deyən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Həsən Kərimovun fikrincə, müxalifət Seçki Məcəlləsinin dəyişdirilməsi uyğun ciddi mübarizəyə başlamalıdır. Bununla paralel olaraq sərbəst toplaşmaq azadlığının bərpa olunması istiqamətində ləngimədən konkret addımlar atılmalıdır: “Biz əsas kimi bu iki istiqaməti qarşıya məqsəd qoymuşuq. Konkret addımlar isə müxalifətin birliyinə nail olub birgə tədbirlər həyata keçirməkdən ibarətdir. Birlik nəticəsində bələdiyyə və parlament seçkilərində iştirak etmək lazımdır”.
Ümid Partiyasının sədri İqbal Ağazadə hesab edir ki, müxalifətin əsas işi növbəti seçkilərə hazırlaşmaq olmalıdır: “Müxalifət yalnız insanlarla işləməlidir, yerli təşkilatlar fəal iş aparmalıdır. Bunun alternativ yolu yoxdur. Bizim partiya artıq bu istiqamətdə konkret addımlar atmağa başlayıb. Hesab edirəm ki, digər müxalifət qüvvələri də analoji addımlar atmalıdırlar”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev də müxalifət qüvvələrinin təmərküzləşməsini vacib sayır. Onun fikrincə, müxalifət bir araya gəlsə, növbəti seçkilərdə daha çox seçki bloku yaransa, o zaman həm bələdiyyə, həm də parlament seçkilərində bu düşərgənin şansı yüksək olar: “Digər tərəfdən, müxalifət indidən ciddi məsələlərdən biri olaraq elektron informasiya vasitələrinə çıxış tapmalıdır. Növbəti seçkilərə kimi qanuna da dəyişiklik olunmalıdır. Bunlarda irəliləyişə nail olmaq mümkün olsa, müxalifət uğurlar əldə edə bilər”.
Daxili siyasət
Prezident İlham Əliyevin Şuşa mesajlarının təhlili mövzusunda ekspert müzakirəsi keçirilib
Ziyafət Əsgərov: Prezidentin Şuşa Forumunda "Biz yalnız özümüzə güvənə bilərik" çağırışı dövlətçilik strategiyasının əsas prinsipidir
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclası başlayıb
Xəbər Lenti
Lula da Silva: Braziliya ABŞ qarşısında geri addım atmayacaq
Dohada partlayış səsləri eşidilib
İran ordusu ABŞ-ın Bəhreyndə yerləşən aviabazasına pilotsuz uçuş aparatları ilə hücum edib.
ABŞ-ın İrana zərbəsi nəticəsində 7 nəfər ölüb, 9 nəfər yaralanıb - VİDEO
Venesuelada zəlzələ qurbanlarını sayı 4 930 nəfərə çatıb
Konqoda Ebola xəstələri xəstəxanaya hücumdan sonra qaçıblar
Çin təlimlərdə 203 millimetrlik M110 haubitsalarından istifadə edib
Avropa Liqası: "Qarabağ" inamlı qələbə ilə növbəti mərhələyə yüksəlib
İranda hava limanı raket zərbəsinə məruz qalıb
FT: Fedorovun vəzifədən uzaqlaşdırılması Ukrayna hakimiyyəti daxilində fikir ayrılıqlarını üzə çıxarıb
Ağ Ev: Tramp İsrailin ABŞ-da ictimai rəyə təsir göstərməyə çalışdığını düşünür
Biləsuvarda zəncirvari qəza olub, bir nəfər ölüb
İranın Buşehr, Əhvaz və İranşəhr şəhərlərində partlayışlar baş verib
Niderlandda isti hava şəraiti səbəbindən su qıtlığı rejimi elan olunub
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
Macarıstanda sabiq XİN başçısı Peter Siyartonun dövlətə xəyanət iddiaları üzrə araşdırma aparılır
CENTCOM: ABŞ İrana qarşı yeni zərbələr dalğasına başlayıb
Livitt: Trampın xalqa müraciəti seçkilərin təhlükəsizliyinə həsr olunacaq
Konfrans Liqası: “Zirə” ikinci təsnifat mərhələsinə yüksəlib
Zelenski Hakan Fidanı ordenlə təltif edib
Ağ Ev: Vaşinqton və Tehran arasında danışıqlar davam edir
Ağ Ev: Tramp futbol üzrə dünya çempionatının finalını izləyəcək
Polşa müharibəyə hazırlıq statusu ilə bağlı yeni qanun hazırlayır
Dubay hakimiyyəti partlayışlarla bağlı məlumatı təkzib edib - YENİLƏNİB
Britaniya və İsveç Ukraynaya 16 hərbi təyyarə alacaq
XİN: Odessa yaxınlığında vurulan gəminin azərbaycanlı kapitanının nəşi tapılıb
Qusarda dini mövzuların mediada təqdimatı ilə bağlı konfrans keçirilib - YENİLƏNİB
ABŞ Bəndər-Abbas yaxınlığındakı hədəflərə raket zərbələri endirib
Bakıda açıq ərazidə baş verən yanğın söndürülüb - YENİLƏNİB
Ramin Məmmədov: Bu gün Azərbaycanda dövlət-din siyasəti uğurla həyata keçirilir
Rəsmi Tehran: ABŞ bazalarının İrana qarşı istifadəsinə icazə verən ölkələr tam məsuliyyət daşıyacaq
Tehranda avtobus yeddi nəqliyyat vasitəsi ilə toqquşub, 6 nəfər xəsarət alıb
"Baku TV"nin direktoru: Dini savadlılıq bu gün üçün olduqca aktualdır
Korrupsiya cinayəti törədən 13 şəxs cinayət başında tutulub
Altı ayda korrupsiya ilə bağlı 78 cinayət işinin ibtidai istintaqı tamamlanıb
Prezident İlham Əliyev Donald Trampa təşəkkür edib
Baş Prokurorluq: 3,8 milyon manatdan çox ziyanın ödənilməsi təmin edilib
Kərim Vəliyev Belarusda bir sıra hərbi obyektlərdə olub
APA TV-nin baş direktoru: Dini sabitliyin qorunmasında medianın rolu böyükdür
Kobaxidze: Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yük dövriyyəsi altı dəfə artıb
Tərtərdə minik avtomobili yük maşını ilə toqquşub, 2 nəfər ölüb
ƏƏSMN-də Beynəlxalq Valyuta Fondunun missiyası ilə görüş keçirilib
Kiberpolis “TikTok”, “Instagram” və “Telegram”da süni intellektlə qadınları şantaj edən şəxsləri saxlayıb - VİDEO
Bakı şəhər prokurorluğunda əməliyyat müşavirəsi keçirilib
Bakıda prokurorluq əməkdaşı intizam tənbeh tədbiri qismində vəzifədən azad olunub
Hindistanda dini festival zamanı izdihamda iki nəfər ölüb, 100-ə yaxın şəxs xəsarət alıb
Bakıda bu il cinayət işləri üzrə 6,4 milyon manatlıq ziyan ödətdirilib
Ukrayna Krımda Rusiyanın Su-24M bombardmançısını məhv edib
Sırski Fedorova təşəkkür edib, müharibəyə fokuslanmağa çağırıb
Milli Məclisin sədri Fələstin Baş naziri ilə görüşüb