Bank Of Baku

AMİP Səbayel rayon məhkəməsinin qərarından apelyasiya şikayəti verib

AMİP Səbayel rayon məhkəməsinin qərarından apelyasiya şikayəti verib
# 06 noyabr 2008 12:19 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Səbayel rayon məhkəməsinin qərarından apelyasiya şikayəti verib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Səbayel rayon məhkəməsində Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) qarşı sərbəst toplaşmaq azadlığının tanınması tələbi ilə qaldırılmış iddia təmin edilməyib. Partiya Apelyasiya Məhkəməsinə müraciətində rayon məhkəməsinin qərarının ləğv olunması və şəhər rəhbərliyinin “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunu pozması ilə bağlı qərar çıxarmasını xahiş edib.

Qeyd edək ki, bu məhkəmə prosesi bir ildən artıqdır ki, davam edir. AMİP-in 07 və 17 sentyabr 2007-ci il tarixdə hökumətin yürütdüyü tarif siyasətinə etiraz əlaməti olaraq Füzuli meydanında keçirmək istədiyi piketlərə Bakı şəhər İcra Hakimiyyətinin icazə vermədiyindən partiya məhkəmələrə müraciət etmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR