Bank Of Baku

Müsavat Partiyasının başqanı ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycan üzrə direktoru ilə görüşüb

Müsavat Partiyasının başqanı ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycan üzrə direktoru ilə görüşüb
# 06 noyabr 2008 13:47 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Müsavat Partiyasının başqanı İsa Qəmbər ABŞ Milli Demokratiya İnstitutunun (MDİ) Azərbaycan üzrə direktoru Arien de Volfla görüş keçirib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə yeni mərhələdə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib. İ. Qəmbər ABŞ-dakı prezident seçkilərində demokratların qələbəsi münasibətilə MDİ təmsilçisini təbrik edib. Görüşdə həmçinin Dağlıq Qarabağ münaqişəsi, demokratiya və insan haqları ilə bağlı problemlərin həlli ətrafında fikir mübadiləsi aparılıb, Müsavatla MDİ arasında əməkdaşlığın davam etdirilməsi məqsədəuyğun sayılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR