Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri Azərbaycanın mövqelərini müxtəlif istiqamətlərdən atəşə tutub

Ermənistan Silahlı Qüvvələri Azərbaycanın mövqelərini müxtəlif istiqamətlərdən atəşə tutub
# 07 noyabr 2008 07:03 (UTC +04:00)
Bakı-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 6-da saat 23.00-dan 23.30-dək Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Ağbulaq kəndi ərazisində yerləşən mövqelərini, saat 08.45-dən 09.00-dək və noyabrın 7-də saat 02.05-dən 02.35-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qorqan və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 15.05-dən 15.15-dək və 20.20-dən 20.25-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 17.10-dan 17.35-dək, 20.00-dan 20.20-dək və 23.35-dən 23.45-dək Goranboy rayonunun Gülüstan və Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 20.10-dən 20.15-dək, 23.00-dan 23.10-dək və noyabrın 7-də saat 02.45-dən 03.00-dək Ağdam rayonunun Yusifcanlı və Şuraabad kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 20.15-dən 20.50-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR