Bank Of Baku

ALP qurultayını “Siyasi partiyalar haqqında” qanuna dəyişiklik edildikdən sonra keçirəcək

ALP qurultayını “Siyasi partiyalar haqqında” qanuna dəyişiklik edildikdən sonra keçirəcək
# 07 noyabr 2008 11:52 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişiklik edilməyənə kimi Azərbaycan Liberal Partiyası (ALP) öz qurultayını keçirməyəcək. Bu barədə APA-ya partiyanın İcraiyyə Komitəsinin sədri Elman Məmmədzadə məlumat verib. Onun sözlərinə görə, 2007-ci ilin sonunda partiya öz qurultayını keçirmək üçün tam hazırlaşsa da, sözügedən qanuna əlavə və dəyişikliklər edilməsi gündəmə çıxdığı üçün qurultay təxirə salınıb: “Biz qurultayı keçirib, qanuna əlavə və dəyişikliklər edildikdən sonra yenidən bu toplantını təşkil etməyi əlavə iş hesab edirik. Ona görə də qanunun qəbulunu gözləyirik ki, iki dəfə qurultay keçirməyə məcbur olmayaq”. E. Məmmədzadə partiyanın qurultaya tam hazır olduğunu və növbəti toplantıda ALP-yə yeni sədrin seçiləcəyini bildirib. Qeyd edək ki, Lalə Şövkət 2003-cü ildə ALP-nin sədrliyindən istefa verdikdən sonra bu partiya rəhbərsiz qalıb. Partiyada sədr vəzifəsini müvəqqəti olaraq Əvəz Temirxan icra edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR