Bank Of Baku

AMİP bir neçə müxalifət partiyası ilə danışıqlar aparır

AMİP bir neçə müxalifət partiyası ilə danışıqlar aparır
# 07 noyabr 2008 12:57 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) bir neçə müxalifət partiyası ilə qarşılıqlı əməkdaşlıq mövzusunda danışıqlara başlayıb. Partiyanın sədr əvəzi, baş katib Fuad Muxtarovun APA-ya verdiyi məlumata görə, danışıqlar Siyasi Şuranın sonuncu iclasının qərarına uyğun aparılır. O, hələlik danışıqların hansı partiyalarla aparıldığını açıqlamayıb: “Bizim belə bir razılaşmamız var ki, hər hansı konkret nəticə əldə olunmayana qədər mətbuata heç nə açıqlanmasın. Hazırda isə ortada heç bir nəticə yoxdur”. F. Muxtarov partiyaların qarşıdan gələn bələdiyyə və parlament seçkilərində birgə iştirakının prioritet olduğunu söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR