Bank Of Baku

Artur Rasizadə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi İlkər Başbuğun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Artur Rasizadə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi İlkər Başbuğun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
# 07 noyabr 2008 15:36 (UTC +04:00)
Bakı-APA. Baş nazir Artur Rasizadə Azərbaycanda səfərdə olan Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı İlkər Başbuğun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. APA-nın “AzərTAC” dövlət agentliyinə istinadən yaydığı məlumata görə, hökumət başçısı əmin olduğunu bildirib ki, bu nüfuzlu nümayəndə heyətinin səfəri, aparılmış danışıqlar hərbi sahədə əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsinə xidmət edəcək. Azərbaycan-Türkiyə əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etməsindən danışan baş nazir qeyd edib ki, dövlətimizin müstəqilliyini birinci tanımış Türkiyənin Azərbaycan Milli Ordusunun təşəkkülündə və modernləşməsində köməyini ölkəmizdə yüksək qiymətləndirilir.

Artur Rasizadə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə söhbət açaraq, qonaqlara milli iqtisadiyyatımızın uğurları, regionda Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal enerji və nəqliyyat layihələri barədə məlumat verib. İlkər Başbuğ bildirib ki, dünyada Türkiyə və Azərbaycan qədər sıx dostluq münasibətləri olan ölkə yoxdur. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR