Bank Of Baku

Azərbaycan prezidenti Uşaq Kardiocərrahiyyə Mərkəzinin müasir avadanlıqlarla təchiz edilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti Uşaq Kardiocərrahiyyə Mərkəzinin müasir avadanlıqlarla təchiz edilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb
# 07 noyabr 2008 16:31 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Səhiyyə Nazirliyinin uşaq kardiocərrahiyyə mərkəzinin müasir avadanlıqlarla təchiz edilməsi ilə bağlı bəzi tədbirlər haqqında
sərəncam imzalayıb. APA-nın xəbərinə görə, sərəncamda göstərilib ki, anadangəlmə və qazanılmış ürək qüsurları olan uşaqların müasir üsullarla müalicəsini təmin etmək üçün Səhiyyə Nazirliyinin Uşaq Kardiocərrahiyyə Mərkəzinin müasir avadanlıqlarla təchiz edilməsi üçün 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan 5 milyon manat məbləğində vəsait ayrılacaq.
Maliyyə Nazirliyinə vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR