Bank Of Baku

Elmar Məmmədyarov Avropa Birliyinin enerji məsələləri üzrə komissarını qəbul edib

Elmar Məmmədyarov Avropa Birliyinin enerji məsələləri üzrə komissarını qəbul edib
# 07 noyabr 2008 16:40 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Birliyinin enerji məsələləri üzrə komissarı Andris Piebalqsı qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə AB ilə Azərbaycan arasında müxtəlif sahələrdə həyata keçirilən əməkdaşlığın cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb və əlaqələrin inkişaf perspektivləri müzakirə edilib. A. Piebalqs Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rola malik olduğunu vurğulayıb və bu sahədə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirib. E. Məmmədyarov isə Azərbaycanın enerji layihələrinin hazırkı vəziyyəti barədə məlumat verərək bu layihələrin enerji daşıyıcılarının təchizatının diversifikasiyasına xidmət etdiyini diqqətə çatdırıb. Görüşdə noyabrın 14-də Bakıda keçiriləcək enerji sammiti, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar da müzakirə olunub. E. Məmmədyarov AB-ni bu münaqişə ilə bağlı bəyanatlarında daha dəqiq olmağa, xüsusilə də regional münaqişələrə münasibətdə ikili standartlara yol verməməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR