Azərbaycan millət vəkilləri ziyalıların Milli Məclislə bağlı tənqidlərinə sərt cavab veriblər
Bəyanatı imzalayanlar Milli Məclisdə müzakirələrin açılmasına çox sərt yanaşaraq, bunu “parlamentarilərin siyasi mədəniyyətinin aşağı səviyyədə olmasının göstəricisi” kimi qiymətləndiriblər.
Müraciət müəllifləri R.İbrahimbəyovun fikirləri ilə razı olmayanların KİV-də və ya mətbuat konfransında fikirlərini bildirmələrini daha düzgün hesab ediblər.
Azərbaycan Milli Məclisinin üzvləri isə bəıyanata və bu sənəddə millət vəkillərinin ünvanlna səslənən ittihamlara sərt cavab veriblər.
Millət vəkili Aydın Mirzəzadə APA-ya bildirib ki, ölkəni mədəniyyət, etika səviyyəsinə çağıran insanlar öz bəyanatlarında təhqirə və alçaldıcı ifadələrə yol veriblər: “Mən çox təəssüf edirəm ki, o imzaların içərisində mənim sevdiyim və hörmət etdiyim şəxslər də var”.
Millət vəkili Qüdrət Həsənquliyev də yayılan bəyanatı pisləyib. O, bəyanat müəllifləri içərisində şəxsiyyətinə hörmət etdiyi şəxslərin də olduğunu, bundan təəssüfləndiyini də qeyd edib: “Rüstəm İbrahimbəyov uğursuz bir vaxtda bu kampaniyaya başlayıb. Ermənistanda ən radikal qüvvələr belə Qarabağ danışıqları vaxtı hökumətə qarşı kampaniyanı dayandırır. Amma prezidentlər arasında görüş ərəfəsində İbrahimbəyovun belə çıxışı və ardınca bir qrup ziyalının bəyanatla Milli Məclisi təhqir etməsi başadüşülən deyil. Bu yaxşı təşkil olunmuş bir aksiyadır, təsadüfi deyil, amma təəssüfləndiricidir”.
Millət vəkili Nizami Cəfərov isə APA-ya deyib ki, bəyanata imza atmış 200-dən artıq şəxin bir masa arxasında əyləşib bu sənədi hazırlamadıqları bəllidir: “O bəyanatı bir nəfər yazıb. Həmin şəxsin isə parlamentin iş reqlamentindən xəbəri yoxdur. Orada yazılıb ki, guya parlamentin iclası Rüstəm İbrahimbəyova həsr olunub. Bu belə deyil, orada sadəcə bir neçə depüutat bu məsələylə bağlı fikir bildirib. Məclisdə Rüstəm İbrahimbəyovu müdafiə edənlər də, onun fikrinə tənqidi yanaşanlar da çıxış etdi. Bəyanatda göstərilir ki, guya parlamentin iclasları yalnız dövlətçiliyə aid olan məsələlərə həsr edilməlidir. Biz də bu məsələni məhz millətə qarşı təhqir hesab etdiyimizdən müzakirəyə çıxarmışıq. Bu bəyanat qeyri-ciddi söhbətdir, mətləbdən yayınmaqdır. Rüstəm İbrahimbəyovu müdafiə etməyə ehtiyac yoxdur. Rüstəm İbrahimbəyov səhv danışıb, xalqı təhqir edib. Əgər o böyük yazıçıdırsa, belə danışmamalıdır. Parlamentdə olan mədəniyyətin səviyyəsini kimsə müəyyənləşdirə bilməz”.
Millət vəkilləri Siyavuş Novruzov və Eldar İbrahimov isə bəyanatla tanış olmadıqları üçün münasibət bildirmək istəmədiklərini deyiblər.
Daxili siyasət
Prezident İlham Əliyevin Şuşa mesajlarının təhlili mövzusunda ekspert müzakirəsi keçirilib
Ziyafət Əsgərov: Prezidentin Şuşa Forumunda "Biz yalnız özümüzə güvənə bilərik" çağırışı dövlətçilik strategiyasının əsas prinsipidir
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclası başlayıb
Xəbər Lenti
Lula da Silva: Braziliya ABŞ qarşısında geri addım atmayacaq
Dohada partlayış səsləri eşidilib
İran ordusu ABŞ-ın Bəhreyndə yerləşən aviabazasına pilotsuz uçuş aparatları ilə hücum edib.
ABŞ-ın İrana zərbəsi nəticəsində 7 nəfər ölüb, 9 nəfər yaralanıb - VİDEO
Venesuelada zəlzələ qurbanlarını sayı 4 930 nəfərə çatıb
Konqoda Ebola xəstələri xəstəxanaya hücumdan sonra qaçıblar
Çin təlimlərdə 203 millimetrlik M110 haubitsalarından istifadə edib
Avropa Liqası: "Qarabağ" inamlı qələbə ilə növbəti mərhələyə yüksəlib
İranda hava limanı raket zərbəsinə məruz qalıb
FT: Fedorovun vəzifədən uzaqlaşdırılması Ukrayna hakimiyyəti daxilində fikir ayrılıqlarını üzə çıxarıb
Ağ Ev: Tramp İsrailin ABŞ-da ictimai rəyə təsir göstərməyə çalışdığını düşünür
Biləsuvarda zəncirvari qəza olub, bir nəfər ölüb
İranın Buşehr, Əhvaz və İranşəhr şəhərlərində partlayışlar baş verib
Niderlandda isti hava şəraiti səbəbindən su qıtlığı rejimi elan olunub
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
Macarıstanda sabiq XİN başçısı Peter Siyartonun dövlətə xəyanət iddiaları üzrə araşdırma aparılır
CENTCOM: ABŞ İrana qarşı yeni zərbələr dalğasına başlayıb
Livitt: Trampın xalqa müraciəti seçkilərin təhlükəsizliyinə həsr olunacaq
Konfrans Liqası: “Zirə” ikinci təsnifat mərhələsinə yüksəlib
Zelenski Hakan Fidanı ordenlə təltif edib
Ağ Ev: Vaşinqton və Tehran arasında danışıqlar davam edir
Ağ Ev: Tramp futbol üzrə dünya çempionatının finalını izləyəcək
Polşa müharibəyə hazırlıq statusu ilə bağlı yeni qanun hazırlayır
Dubay hakimiyyəti partlayışlarla bağlı məlumatı təkzib edib - YENİLƏNİB
Britaniya və İsveç Ukraynaya 16 hərbi təyyarə alacaq
XİN: Odessa yaxınlığında vurulan gəminin azərbaycanlı kapitanının nəşi tapılıb
Qusarda dini mövzuların mediada təqdimatı ilə bağlı konfrans keçirilib - YENİLƏNİB
ABŞ Bəndər-Abbas yaxınlığındakı hədəflərə raket zərbələri endirib
Bakıda açıq ərazidə baş verən yanğın söndürülüb - YENİLƏNİB
Ramin Məmmədov: Bu gün Azərbaycanda dövlət-din siyasəti uğurla həyata keçirilir
Rəsmi Tehran: ABŞ bazalarının İrana qarşı istifadəsinə icazə verən ölkələr tam məsuliyyət daşıyacaq
Tehranda avtobus yeddi nəqliyyat vasitəsi ilə toqquşub, 6 nəfər xəsarət alıb
"Baku TV"nin direktoru: Dini savadlılıq bu gün üçün olduqca aktualdır
Korrupsiya cinayəti törədən 13 şəxs cinayət başında tutulub
Altı ayda korrupsiya ilə bağlı 78 cinayət işinin ibtidai istintaqı tamamlanıb
Prezident İlham Əliyev Donald Trampa təşəkkür edib
Baş Prokurorluq: 3,8 milyon manatdan çox ziyanın ödənilməsi təmin edilib
Kərim Vəliyev Belarusda bir sıra hərbi obyektlərdə olub
APA TV-nin baş direktoru: Dini sabitliyin qorunmasında medianın rolu böyükdür
Kobaxidze: Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yük dövriyyəsi altı dəfə artıb
Tərtərdə minik avtomobili yük maşını ilə toqquşub, 2 nəfər ölüb
ƏƏSMN-də Beynəlxalq Valyuta Fondunun missiyası ilə görüş keçirilib
Kiberpolis “TikTok”, “Instagram” və “Telegram”da süni intellektlə qadınları şantaj edən şəxsləri saxlayıb - VİDEO
Bakı şəhər prokurorluğunda əməliyyat müşavirəsi keçirilib
Bakıda prokurorluq əməkdaşı intizam tənbeh tədbiri qismində vəzifədən azad olunub
Hindistanda dini festival zamanı izdihamda iki nəfər ölüb, 100-ə yaxın şəxs xəsarət alıb
Bakıda bu il cinayət işləri üzrə 6,4 milyon manatlıq ziyan ödətdirilib
Ukrayna Krımda Rusiyanın Su-24M bombardmançısını məhv edib
Sırski Fedorova təşəkkür edib, müharibəyə fokuslanmağa çağırıb
Milli Məclisin sədri Fələstin Baş naziri ilə görüşüb