Bank Of Baku

Milli Məclisin üzvü UAFA təşkilatının Londonda keçirilən tədbirində iştirak edəcək

Milli Məclisin üzvü UAFA təşkilatının Londonda keçirilən tədbirində iştirak edəcək
# 08 noyabr 2008 08:09 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Bu gün Milli Məclisin deputatı Lalə Abbasova Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının Deinstitusionalizasiya və Alternativ Qayğı proqramı çərçivəsində təşkil etdiyi tədbirlərdə iştirak etmək üçün Londona səfərə yola düşüb. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Böyük Britaniyada uşaqlar üçün sosial qayğı sisteminin öyrənilməsinə həsr olunan tədbirlərdə uşaqların müdafiəsi, bu sahədə qeyri-hökumət təşkilatlarının rolu, dövlət müəssisələrinə alternativ xidmətlər və digər mövzularda fikir mübadiləsi aparılacaq. Deputat Lalə Abbasova gündəlikdəki məsələlərlə bağlı çıxış edəcək, fikirlərini bildirəcək. Səfər noyabrın 15-də başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR