Bank Of Baku

Müsavat Partiyası Məclisinin növbəti iclası keçirilib

Müsavat Partiyası Məclisinin növbəti iclası keçirilib
# 08 noyabr 2008 11:03 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bu gün Müsavat Partiyası Məclisinin növbəti iclası keçirilib. APA-nın məlumatına görə, iclasda Azərbaycanda oktyabrın 15-də keçirilmiş prezident seçkiləri, ölkədə prezident seçkiləri sonrası vəziyyət və partiyanın qarşısında duran vəzifələr, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı proseslər müzakirə edilib. Partiya başqanı İsa Qəmbər öz çıxışında partiyanın Azərbaycanda oktyabrın 15-də keçirilən seçkilərdə iştirak etməməklə bağlı qərar qəbul etdiyini, sonrakı proseslərin bu qərarın doğru olduğunu ortaya çıxardığını deyib. İ. Qəmbər Qarabağ problemi ilə bağlı təhlükəli vəziyyətin yarandığını və Azərbaycan tərəfinin təslimçi mövqe tutduğunu qeyd edib. Partiya başqanı həmçinin qarşıdan gələn bələdiyyə və parlament seçkilərində müxalifətin birgə iştirak etməsinin hədəf olduğunu qeyd edib: “Amma müxalifətin seçkilərdə birgə iştirakı heç nəyi həll etmir. Ölkədə köklü dəyişikliyə nail olmadan bu şərtlər daxilində seçkilərdə iştirak heç nə vəd etmir. Biz 2010-cu il parlament seçkiləri ilə bağlı yenə də müxalifətin vahid seçki blokunu yarada bilərik”.

Partiyanın Mərkəzi İcra Aparatının sədri Arif Hacılı isə partiyanın qarşısında dayanan hədəflər barədə məlumat verib. Onun sözlərinə görə, partiyanın əsas hədəfləri cəmiyyətin fəallaşması, ölkədə demokratik mühitin yaradılması, sərbəst toplaşmaq azadlığının bərpası, Seçki Məcəlləsinin demokratikləşməsi, proporsional seçki sisteminin bərpası, həmçinin bələdiyyə seçkilərinin proporsional seçki sistemi ilə keçirilməsi, seçki komissiyalarının tərkibinin paritet əsaslarla təşkil olunmasıdır.

Müzakirələrin sonunda partiya oktyabrın Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələri ilə bağlı qərar qəbul olunub. İclasda həmçinin müxalifətin inteqrasiyasının gücləndirilməsi üçün partiyanın Müxalifətin Əməkdaşlıq Mərkəzi çərçivəsində fəaliyyətini davam etdirilməsi vacib hesab olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR