Bank Of Baku

Müsavat Partiyası maliyyə problemləri ilə üzləşib

Müsavat Partiyası maliyyə problemləri ilə üzləşib
# 08 noyabr 2008 11:09 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Müsavat Partiyası maliyyə problemləri ilə üzləşib. APA-nın məlumatına görə, bu barədə partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı partiya Məclisinin bu gün keçirilən iclasında məlumat verib. Onun sözlərinə görə, icarə haqları, digər kommunal xərclərinin ödənilməsi, partiya nümayəndələrinin ezamiyyətlərə göndərilməsi məsələlərə vəsait tələb olunur və bu sahədə problemlər var. A. Hacılı rayon təşkilatlarına üzvlük haqqı və ianələrlə bağlı məsələlərin qaydaya salınmasını tapşırıb: “Partiyanın Mərkəzi Aparatı ilə olan əlaqələr genişləndirilməlidir. Biz öz tərəfimizdən çalışacağıq ki, rayon təşkilatları ilə əvvəlki əlaqələri yenidən bərpa edək. Həmçinin, partiyaların dövlət büdcəsindən maliyyələşməsi ilə bağlı məsələlər müzakirə edilir. Müsavat Partiyasının bu məsələdə ciddi tələbləri var. Biz müxalifət partiyalarının və o cümlədən Müsavat Partiyasının bu prosesdən kənarda qalmaması istiqamətində fəaliyyət göstəririk”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR