Bank Of Baku

Milli Məclisin deputatları Almaniyada səfərdə olacaqlar

Milli Məclisin deputatları Almaniyada səfərdə olacaqlar
# 08 noyabr 2008 12:17 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov və komissiyanın sədr müavini Rövşən Rzayev Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin Cənubi Qafqaz ölkələri parlamentlərinin Hüquq siyasəti komissiyalarının rəhbərləri üçün təşkil etdiyi tədbirdə iştirak etmək üçün noyabrın 9-dan 14-dək Berlində səfərdə olacaqlar. Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təşkilatın “Cənubi Qafqazda hüquqi islahatlar” layihəsi çərçivəsində keçiriləcək iclasda qanunvericilik prosesi, hüquqi dövlət quruculuğu, qanun yaradıcılığı işində lobbilərin fəaliyyəti və qrup maraqları, Almaniya Federativ Respublikasının Cənubi Qafqaz ölkələri ilə münasibətləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Səfər çərçivəsində Milli Məclis deputatlarının Almaniya-Cənubi Qafqaz parlament dostluq qrupunun üzvləri ilə görüşü də nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR