Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub

Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub
# 10 noyabr 2008 07:54 (UTC +04:00)
Bakı-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 9-da saat 12.20-dən 12.40-dək və noyabrın 10-da saat 01.40-dan 02.05-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu Mosesqex və Çinarlı kəndləri ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə və Koxanəbi kəndi ərazisində yerləşən mövqelərini, saat 14.45-dən 15.10-dək, 16.20-dən 16.35-dək, 18.30-dan 19.15-dək və 20.45-dən 21.15-dək fasilələrlə Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 16.45-dən 17.05-dək və noyabrın 10-da saat 05.00-dan 05.15-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 20.00-dan 20.30-dək Ağdam rayonunun Şıxlar kəndi yaxınlığında yerləşən mövqelərdən, noyabrın 10-da saat 05.00-dan 05.30-dək Tərtər rayonunun Yarımca və Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR