Bank Of Baku

QAT İsrailin Qəzza zolağında keçirdiyi əməliyyatları pisləyən bəyanat yayıb

QAT İsrailin Qəzza zolağında keçirdiyi əməliyyatları pisləyən bəyanat yayıb
# 05 yanvar 2009 11:26 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) İsrail qoşunlarının Qəzzada keçirdiyi hərbi əməliyyatlarla bağlı bəyanatla çıxış edib. Təşkilatın mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda bildirilir ki, İsrail hökumətinin qarşısında dayanan məqsəd Fələstin xalqını yer üzündən silməkdir. Bu məsələdə dünya dövlətləri və beynəlxalq təşkilatların heç bir addım atmamaqla İsrail hökumətinə yardım etdiyini bildirən QAT hesab edir ki, bu, ikili standartlarla yanaşma və ikiüzlü siyasətidir: “Bu qanlı olaylarla bağlı beynəlxalq təşkilatların, ilk olaraq isə BMT-nin heç bir təsirli addım ata bilməməsi onların gücsüzlüyünü, mənasız bir quruma çevrildiyini göstərir. Ona görə də Azərbaycan bu qurumlara bəslədiyi ümidlərə birdəfəlik son qoymalı və işğalçı Ermənistana qarşı yalnız öz gücünə güvənməli, vaxt itirmədən torpaqlarımızın azad olunması naminə hərbi əməliyyatlara başlamalıdır”. QAT hesab edir ki, Azərbaycan hakimiyyəti və cəmiyyəti fələstinlilərin taleyinə biganə qalmamalı, fəal mövqe nümayiş etdirməlidir. Təşkilat BMT və digər beynəlxalq təşkilatlardan İsrailə qarşı sanksiyaların tətbiq olunmasını tələb edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR