Bank Of Baku

ADP beynəlxalq təşkilatların Qəzza zolağında qırğının qarşısını almamasını pisləyib

ADP beynəlxalq təşkilatların Qəzza zolağında qırğının qarşısını almamasını pisləyib
# 05 yanvar 2009 11:27 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Azərbaycan Demokrat Partiyası (ADP) İsrailin Fələstinin Qəzza bölgəsinə etdiyi hücumlar nəticəsində baş verən qırğınların qarşısının alınması üçün BMT və ABŞ-ın effektli addımlar və təxirəsalınmaz tədbirlər görməməsini pisləyib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, ADP İdarə Heyətinin bu gün keçirilən iclasında Yaxın Şərqdə yaranmış vəziyyət müzakirə edilib. Partiya rəhbərliyi hesab edir ki, dünyanın aparıcı gücləri baş verən qarşıdurmanın qarşısını almaq üçün konkret mövqe nümayiş etdirməlidir.

İclasda 2009-cu ilin martın 18-də Azərbaycanda keçirilməsi nəzərdə tutulan referendumla bağlı müzakirələr aparılıb. Bununla bağlı digər müxalifət partiyaları ilə məsləhətləşmələr aparılması və ümumi mövqeyin ortaya qoyulması qərara alınıb. İclasda həmçinin, 2008-ci ilin siyasi nəticələri və 2009-cu ildə partiya qarşısında duran siyasi və təşkilati vəzifələr müzakirə olunub, bununla bağlı müvafiq qurumlara tapşırıqlar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR