Bank Of Baku

Prezident İlham Əliyev Azərbaycanın Pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Prezident İlham Əliyev Azərbaycanın Pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib
# 05 yanvar 2009 13:57 (UTC +04:00)
Bakı - APA. Prezident İlham Əliyev Azərbaycanın Pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dövlət başçısı təbrik məktubunda bu gün dünyada tolerantlıq örnəyi kimi səciyyələndirilən çoxmillətli və çoxkonfessiyalı Azərbaycan cəmiyyətində bütün xalqların, etnik-dini icmaların qarşılıqlı hörmət və etimad şəraitində, əmin-amanlıq mühitində yaşayıb fəaliyyət göstərdiyini qeyd edib: “Məmnuniyyət hissi ilə bildirmək istəyirəm ki, ölkəmizin tamhüquqlu vətəndaşları olan pravoslav xristian icması öz dil və mədəniyyətini, dini etiqadını, adət-ənənələrini qoruyub saxlamaqla, milli-dini bayram və mərasimlərini azad və sərbəst şəkildə icra edir, Azərbaycanda gedən böyük quruculuq işlərində, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsində vətəndaşlıq borcunu layiqincə yerinə yetirir”.

İsa peyğəmbərin mövludu ilə əlamətdar olan və bəşər sivilizasiyasında yeni tarixi mərhələnin əsasını qoyan Milad gününün bütün dünyada olduğu kimi, Azərbaycanda da hər il Pravoslav xristian icması tərəfindən təntənə ilə bayram edildiyini vurğulayan prezident yeniliyin, əmin-amanlığın, şəfqət və mərhəmət duyğularının rəmzi olan bu bayram münasibətilə xoş arzularını çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR