Bank Of Baku

Nardaranda Buşun, Ehud Olmertin müqəvvaları, ABŞ və İsrailin bayraqları yandırılıb - FOTOSESSİYA

Nardaranda Buşun, Ehud Olmertin müqəvvaları,  ABŞ və İsrailin bayraqları yandırılıb - <font color=red>FOTOSESSİYA </font>
# 05 yanvar 2009 14:17 (UTC +04:00)
APA-nın məlumatına görə, mitinqdə “İsrail, ABŞ işğalçı və terrorçudur!”, “ABŞ-a və İsrailə ölüm!”, “Amerika sionizminə ölüm!”, “1 nömrəli terrorçu Corc Buşdur!”, “Qüds bizimdir” və s. şüarlar səsləndirilib. Aksiyada çıxış edən qəsəbə sakini Hacı Əli Hüseynov bildirib ki, müsəlman ölkələri bu soyqırımının qarşısını almaq üçün tədbir görməlidir: “Ərəb ölkələrinin rəhbərlərinin baş verənlərə göz yumması İsraili dəstəkləməkdir”.

Qəsəbə sakini Hacı Fəyyaz Nəbizadə isə İsrailə dəstək olan ölkələri pisləyib. O, İsrailin Azərbaycandakı səfirliyinin bağlanması tələbi ilə çıxış edib. F. Nəbizadə Azərbaycan müsəlmanlarını dünya sionizminə qarşı birləşməyə çağırıb.

Qəsəbə sakini Məşədi Mehman Məmmədov isə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin Fələstində baş verənlərə münasibət bildirməsini istəyib.

Mitinqdə çıxış edən digər qəsəbə sakinləri də Azərbaycanı İsraillə əlaqələrinə yenidən baxmağa çağırıblar.

Aksiyada ABŞ prezidenti Corc Buşun, İsrailin baş naziri Ehud Olmertin müqəvvası, ABŞ və İsrailin dövlət bayraqları yandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR